Sosial
“Range Rover”i 200 km/saat sürətlə idarə edən qadın cəzalandırıldı - Video
Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda avtomobili yüksək sürətlə idarə edən qadın saxlanılıb.
Publika.az xəbər verir ki, 77-ES-777 nömrə nişanlı “Range Rover” markalı maşını 200 km/saat sürətlə idarə edərək videoya çəkən qadının kimliyi yol polisi tərəfindən müəyyənləşdirilib. Avtomobil saxlanılaraq müvəqqəti duracağa salınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, sürücü Əsmət Roman qızı Axundzadə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə, yol polisi əməkdaşları tərəfindən saxlanılıb:
“Onun barəsində ciddi intizam tədbirləri görülüb. Bir daha bütün sürücülərə və yol hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək”.
Qeyd edək ki, Azərbaycanda magistral yollarda maksimal sürət həddi 110-dur.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”