Sosial
Gəncə polisi monitorinq keçirdi - FOTO
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunadan Publika.az-a verilən məlumata görə, tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıblar.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.
Baş İdarə əməkdaşları tərəfindən qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Bundan başqa monitorinq zamanı şəhər ərazisində fəaliyyət göstərən bir neçə avtoyuma məntəqəsində çirkab suların yola axıdılması nəticəsində antisanitar vəziyyətin hökm sürməsi məlum olub. Həmin məntəqə sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrinə qanuna müvafiq tədbir görülüb.
-
Sosial21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin121:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO
-
Sosial20:48
Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - VİDEO/YENİLƏNDİ
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO