Sosial
DİN Xankəndi ilə bağlı MƏLUMAT YAYDI: Cavid Əliyev saxlanıldı - FOTO
Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.
DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliyev bir müddət bundan öncə müxtəlif ünvanlardan tapdığı AK-74 tipli avtomat, 1 ədəd içərisində 7,62 mm çaplı 30 ədəd güllə olan avtomat darağı, 1 ədəd həmin avtomata aid olan süngü-bıçaq, 250 ədəd "Toz-8" tüfənginə aid sursat və digər sursat -gilizlərinin gizlədildiyi ünvanlardan aşkar olunaraq götürülüb.
Müəyyən olunub ki, həmiş şəxs silah-sursatları və onun hissələrini aidiyyəti üzrə təhvil vermədən özündə saxlayıb.
Faktla bağlı Xankəndi Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə cinayət işi qaldırılıb. C.Əliyev şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
-
ABŞ29 Oktyabr 22:30Trampın sosial şəbəkəsində mərc sürprizi
-
Kriminal29 Oktyabr 21:49Canlı yayımda saçı qırxılan qadın DANIŞDI - O gün nələr baş verib?
-
Nida Xəbər 29 Oktyabr 21:25Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - Foto
-
Ekologiya29 Oktyabr 20:36Sabah yağış və qar yağacaq - Proqnoz
-
Magazin129 Oktyabr 19:30Hüseyn Həsənov tanınmaz halda: 1 aydır buna görə yoxa çıxıbmış - Fotolar
-
Nəqliyyat29 Oktyabr 18:40Bakıda axşam tıxacı: 20 yol keçilməz oldu
-
Sosial29 Oktyabr 17:48Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR/DETALLAR
-
Hadisə29 Oktyabr 17:15Azərbaycanda zəlzələ oldu



















.jpg)

.jpg)









.jpg)



