Yayılan xəbərlərdən sonra gecə ilə “Bolmart”ın rəhbəri dəyişdi, amma... - FOTOFAKT
Bizi izləyin

Sosial

Yayılan xəbərlərdən sonra gecə ilə “Bolmart”ın rəhbəri dəyişdi, amma... - FOTOFAKT

“Bolmart” marketlər şəbəkəsi haqqında yayılan xəbərlərdən sonra şirkətin rəhbəri dəyişib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün şirkətə Əhmədov Bəhruz Şahin oğlu yeni rəhbər təyin edilib.

Buna qədər isə sözügedən vəzifədə Məmmədov Ramil Əşrəf oğlu idi.

Maraqlıdır ki, hazırda rəsmi qanuni təmsilçi Bəhruz Əhmədov olsa da, yayılan xəbərlərlə bağlı bu gün keçirilən mətbuat konfransında Ramil Məmmədov özünü media nümayəndələrinə icraçı direktor kimi təqdim edib.

Qeyd edək ki, ötən gün “Bolmart” mağazalar şəbəkəsinin Səməd Vurğun 60 ünvanında yerləşən mağazası fəaliyyətini dayandırıb.

Onu da əlavə edək ki, “Bolmart”ın sahibi Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunan Adnan Əhmədzadədir. O, eyni zamanda “Rahat Market”, “Port Baku Bazar” market şəbəkələrinin də sahibidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm