Qəbələnin bu kəndlərini su basdı - Video
Bizi izləyin

Sosial

Qəbələnin bu kəndlərini su basdı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qobuçay çayının Qəbələ rayonunun Bunud və Həzrə kəndləri ərazisindən keçən hissəsinin daşaraq məcrasını dəyişməsi və bəzi yerlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Regional Mərkəzin və aidiyyəti yerli qurumların qüvvələri tərəfindən məcrasını dəyişən çayın yatağının bərpa edilərək subasmanın qarşısının alınması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm