Yaponiya Ukraynaya əlavə hərbi yardım göndərəcək
Bizi izləyin

Avropa

Yaponiya Ukraynaya əlavə hərbi yardım göndərəcək

Yaponiya Ukraynaya əlavə hərbi yardım göstərəcək.

Publika.az NHK telekanalına istinadla xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin rəhbəri general Nakatani Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov ilə görüşdə bildirib.

"Yaponiyalı nazir ölkəsinin Ukraynaya dəstəyini davam etdirməyə hazır olduğunu bildirib və Özünümüdafiə Qüvvələrinə əlavə texnikanın tədarükü planını açıqlayıb", - telekanal bildirib.

Qeyd olunub ki, Nakatani digər ölkələri də münaqişədə Ukraynaya yardımı davam etdirməyə çağırıb. Eyni zamanda, nazir hansı texnologiyadan danışdığını dəqiqləşdirməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm