Təqaüdçülər aylıq 816 manat pensiya tələb etdi - Hökumət necə, razılaşacaq?
Bizi izləyin

Sosial

Təqaüdçülər aylıq 816 manat pensiya tələb etdi - Hökumət necə, razılaşacaq?

Rusiyalıların fikrincə, onlar orta hesabla 48,1 min rubl (816 manat 90 qəpik) pensiyaya layiqdirlər.

Publika.az xəbər verir ki, bu, "RBC SupeJob" tərəfindən aparılan sorğunun nəticələrində əks olunub.

Eyni zamanda, araşdırma göstərib ki, 45 yaşdan yuxarı insanların arzusu 24 yaşa qədər olanlara nisbətən daha yüksəkdir. birincilər 50,2 min rubl (859 manat 74 qəpik), ikincilər 44,3 min rubl (739 manat 38 qəpik) pensiya arzulayırlar. Eyni zamanda, 25-44 yaş arası ruslar təxminən 48 min rubl (814 manat 86 qəpik) pensiyanı kifayət hesab edirlər.

Həmçinin məlum olub ki, qadınların pensiya gözləntiləri kişilərdən bir qədər aşağıdır (müvafiq olaraq 47,5 min rubl (804 manat 66 qəpik) və 48,7 min rubl (829 manat 14 qəpik)). Bundan əlavə, respondentin gəlirindən asılı olaraq istənilən pensiyanın məbləğində fərq müəyyən edilib. Beləliklə, gəliri 100 min rubl və ya daha çox olan şəxslər orta hesabla 51 min rubl, gəliri 50 min rubldan az olanlar isə 44,8 min rubl pensiya gözləyirlər. 50-99 min rubl arasında maaş alan ruslar 49 min rubl pensiya gözləyirlər.

Mütəxəssislər müəyyən ediblər ki, regionlar üzrə böldükdə moskvalılar (51,7 min rubl), Sankt-Peterburq sakinləri (51 min rubl) və Tümen sakinləri (49,7 min) ən böyük pensiyaları almaq istəyirlər.

Araşdırma bu il iyunun 1-dən iyunun 18-dək Rusiya Federasiyasının 438 yaşayış məntəqəsində 18 yaşdan yuxarı iqtisadi fəal əhali arasında aparılıb. Ümumi sorğuda 1,6 min nəfər iştirak edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm