Qız üstündə qətlə yetirilən Tural haqqında üzücü faktlar
Bizi izləyin

Sosial

Qız üstündə qətlə yetirilən Tural haqqında üzücü faktlar

Xəbər verdiymiz kimi, ötən gün Bakının Nərimanov rayonunda, “Metro Park” ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, hər iki gənc Qazaxın Daş Salahlı kəndindən olsa da, Tural Kosayevdən fərqli olaraq, İsmayıl Allahverdiyevin ailəsi bura Borçalının Qaraçöp kəndindən köçüb.

Daş Salahlıdan olan həmsöhbətimiz bildirib ki, Tural Kosayevin həyatı heç də asan olmayıb. Atası içkiyə meyilli olduğu üçün ailədə vaxtaşırı söz-söhbət olub. Nəhayət, anası ayrılmaq qərarı verib. Uzun müddətdən sonra ailə yenidən bir araya gəlib, ata-ana barışıb.

Maddi baxımdan imkansız olan ailə bir müddət öncə xeyirxah insanların dəstəyi ilə Bakıda varlı bir şəxsin bağ evində məskunlaşıblar – həm bağa nəzarət edir, həm də ata ilə birgə, Tural və digər qardaşı tikintidə fəhlə kimi çalışırlarmış. Tural və qardaşının sakit, zəhmətkeş və ailəcanlı olduğu bildirilir. Məhz iki qardaşın sayəsində ailə yenidən toparlanıb, həyatları yenicə axarına düşübmüş.

İddialara görə, Kosayevlər ailəsində sağlıqla bağlı da problemlər var: Turalın anası qardaşının səhhət probleminə görə böyrəyini birini ona verib, əməliyyatda donorluq edib. Turalın qardaşı da qismən fiziki məhdudiyyətlidir, yerişində çətinlik var.

Turalın vicdanlı, dürüst, ətrafına qarşı diqqətli olduğu haqda xeyli hadisələr danışılır.

Tural öz kəndlərində imiş, qətlə yetirilən gün səhər Bakıya qayıdıb.

Turalın ölümünə səbəb olan qızın da eyni kənddən olduğu vurğulanır. Hazırda Bakıda yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm