Sosial
Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı
![](https://publika.az/storage/2024/06/28/1214746.png?v1719780855)
Xəbər verdiyimiz kimi Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz emissiyasının 50 000 000 (əlli milyon) manat həcmində 2-ci tranşı premium bazar seqmentində listinqə daxil edilmişdi. 27 iyun 2024-cü il tarixində sözügedən istiqrazların Bakı Fond Birjasında abunə yazılışı ilə yerləşdirilməsi başa çatıb. Yerləşdirmədə 32 fiziki, 7 hüquqi şəxs olmaqla 39 investor iştirak edib.
Ümumilikdə Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz buraxılışı 2 tranş olmaqla qısa zamanda tamamlanıb. İnvestorlar tərəfindən böyük tələb göstərilən abunə yazılışında 146 091 600 (146 milyon 91 min 6 yüz) manat sifariş toplanıb. İstiqrazların yerləşdirilməsində 18 hüquqi, 63 fiziki şəxs olmaqla 81 investor iştirak edib.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman00:41
İspaniya Gürcüstanı darmadağın edir - CANLI/YENİLƏNİR
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu adam sizdən sui-istifadə etmək istəyir
-
Sosial30 İyun 23:36
"Birlikdə böyüdülər və birlikdə vəfat etdilər" - Ailə faciəsinin YENİ DETALLARI
-
İdman30 İyun 23:05
İngiltərə millisi 1/4 finalda - YENİLƏNDİ
-
Kriminal30 İyun 22:36
Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI: "Qardaşımın yoldaşı ilə əxlaqsız kliplər çəkib" - VİDEO
-
Sosial30 İyun 20:48
Avtobus və metroda gediş haqqı 50 QƏPİK OLDU
-
Enerji30 İyun 20:27
"Aİ 92"i nə qədər bahalaşıb? - YENİ QİYMƏT
-
Sosial30 İyun 19:36
Faciəvi qəzada ölən müəllimin FOTOSU