Xəyanətə görə intihar: Vüsalənin ölümü ilə bağlı YENİ DETALLAR
Bizi izləyin

Sosial

Xəyanətə görə intihar: Vüsalənin ölümü ilə bağlı YENİ DETALLAR

Ötən gün Bakıda özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar etdiyi deyilən Vüsalə Dadaşova ilə bağlı bəzi məlumatlar yayılıb.

Publika.az-ın məlumatına görə, iddia edilir ki, gənc qadın ərinin ona yaxın rəfiqəsi ilə xəyanət etməsi səbəbindən bu addımı atıb.

V.Dadaşovanın qohumlarının Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdiyi bildirilir.

Mərhumun Arzu Əliyeva adlı bibisi qızı onun öldüyü gün dərhal dəfn edildiyini deyib:

“Ekspertizaya icazə verməyiblər. Uşaqlarına da öyrədiblər ki, analarının pəncərəni silərkən yıxılıb öldüyünü desinlər. Atası yaşlı və çarəsizdir, kömək edəni yoxdur”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Mehman Muradlı belə məsələdə heç kimin məsuliyyətə cəlb olunmayacağını qeyd edib:

“Əgər deyildiyi kimi, xanım yoldaşının ona rəfiqəsi ilə xəyanət etməsinə görə intihar edibsə, burada heç kim məsuliyyətə cəlb oluna bilməz. Çünki bununla bağlı qanunda maddə yoxdur. Həmin şəxslər mərhumu intihara sövq edəcəkləri halda məsuliyyətə cəlb oluna bilərdilər. İndiki vəziyyətdə isə burada Cinayət Məcəlləsinin 125-ci maddəsindən (özünü öldürmə həddinə çatırma) söhbət gedə bilməz, lakin məsələ ciddi araşdırılmalıdır”.

Qeyd edək ki, ötən gün 1984-cü il təvəllüdlü Vüsalə Dadaşova yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq həyatına son qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm