Sosial
90 nəfər şəhid ailəsi üzvü işlə təmin olundu
Elm və təhsil nazirinin müvafiq əmri ilə yaradılan sertifikatlaşdırma prosesi ilə bağlı komissiyalara bu günə qədər ümumilikdə 3700-dən çox vətəndaş müraciət edib.
Məktəbəqədər və Ümumi Təhsil Agentliyindən Publika.az verilən xəbərə görə, vətəndaşların sosial statusları ilə bağlı sənədlər toplanıb və müraciətlər araşdırılıb.
Bildirilib ki, ümumilikdə 600 nəfərə yaxın sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşın alternativ işlərə cəlb edilməsi istiqamətində qərar qəbul edilib.
İlkin mərhələdə 90 nəfər şəhid ailəsi üzvünün müvafiq işlə təmin olunması ilə bağlı tədbirlər görülüb.
Bununla yanaşı 500-ə yaxın sosial baxımdan həssas əhali qrupuna aid əlilliyi müəyyən edilmiş şəxslərin, eyni zamanda ailələrin yeganə gəlir gətirən üzvlərinin və müraciət edən digər şəxslərin alternativ işlərə cəlb edilməsi istiqamətində müvafiq işlər həyata keçirilib.
Qeyd edilib ki, təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə araşdırılması və alternativ iş imkanlarının dəyərləndirilməsi məqsədi ilə yaradılan komissiyalara daxil olmuş müraciətlərin qiymətləndirilməsi prosesi davam edəcək.
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü