Azərbaycanın turizm sektorunda yeni mərkəz: Məqsəd nədir?
Bizi izləyin

Sosial

Azərbaycanın turizm sektorunda yeni mərkəz: Məqsəd nədir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında" Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, Mərkəz Azərbaycanda turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

Bununla bağlı turizm üzrə ekspert Rəhman Quliyev Publika.az-a açıqlama verib.

O bildirib ki, əcnəbi və yerli turistlər regionlara səfəri zamanı müxtəlif əyləncəli proqramlardan istifadə edirlər:

“Ümumiyyətlə turizmin müxtəlif qolları var. Kənd, dağ-xizək, müalicəvi və dini turizmlər. Bunlara baxmayaraq son olaraq biz əyləncə və istirahət turizminə fokuslanırıq. Prezidentin bu Fərmanı imzalanması demək olar ki, tam olaraq yerinə düşüb. Azərbaycanda turizm və rekreasiya zonalarının idarə edilməsi, mərkəzin yaradılması birbaşa əhaliyə xidmət edəcək.

Təbii ki, əhalinin rahatlığını təmin etmək üçün bu imkanlar yaradılır. Həftə sonu regionlara gediş-gəliş, eyni zamanda 1 həftə bölgələrdə qalıb gəzmək, həmçinin xarici səfərlər etmək imkanları da var. Bu Fərman insanların həftə sonunu paytaxtdan kənarda daha yaxşı keçirməsi üçün nəzərdə tutulub. Bu kimi müvafiq addımlar atılacaq. Gələcəkdə də yeni layihələr üzərində işlənəcək”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm