Sosial
Taksi sürücülərinin çörəyinə bu dəfə onlar bais olacaq
Çində taksi sürücüləri "robotaksi"nin populyarlaşmasından narahatdırlar. Uhandan olan 36 yaşlı sürücü Liu Yi, tikinti işlərinin ləngiməsi səbəbindən bu yaxınlarda taksi sürücüsü kimi işləməyə başlayıb, lakin indi də bu problemlə üzləşib.
Publika.az xəbər verir ki, bu barədə "32cars" portalı xəbər yayıb.
Onun fikrincə, "Baidu"nun törəmə şirkəti olan "Apollo Go" kimi şirkətlərin "robot taksi"ləri sürücüləri işsiz qoya bilər.
Özünü idarə edən texnologiya hələ eksperimental mərhələdədir, lakin Çin "robotaksi" sınaqları ilə aqressiv şəkildə irəliləyir. Məlumata görə, ən azı 19 Çin şəhəri "robotaksi" və "robot avtobus"ları sınaqdan keçirir. Onlardan yeddisi artıq təsdiqlənib. "Apollo Go" ilin sonuna qədər Uhanda 1000 "robotaksi" yerləşdirməyi və 2030-cu ilə qədər 100 şəhərdə fəaliyyət göstərməyi planlaşdırır.
Liu və onun həmkarı Uang Guoqiang kimi sürücülər "robotaksi"ni öz dolanışıqları üçün təhlükə hesab edirlər. 63 yaşlı sürücü Vanq hesab edir ki, taksi sürmək aztəminatlı insanlar üçün son şansdır. Avtonom avtomobillərin meydana çıxması ilə onlar çörəklərini itirə bilərlər.
İqtisadçılar deyirlər ki, avtomatlaşdırma Çinin əhalisinin azalması səbəbindən uzunmüddətli perspektivdə faydalı ola bilər. Bununla belə, qısa müddətdə yeni iş yerlərinin yaradılması ilə köhnələrin məhv edilməsi arasında balans tapmaq vacibdir. Sosial pozulmaları minimuma endirmək üçün texnoloji tərəqqi tədricən olmalıdır.
Adəm
-
Hadisə01:41
Bakıda güclü yanğın baş verdi - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Hadisə01:11
Sumqayıt səmasında nə baş verir? - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: həmin məlumatı eşidəcəksiniz
-
Magazin119 Sentyabr 23:00
QALMAQAL BÖYÜYÜR: "Sən özün tutub sürünürsən" - VİDEO
-
Rəsmi xronika19 Sentyabr 21:10
Bu da “Aghdam City Hotel” - FOTO/YENİLƏNDİ
-
Magazin119 Sentyabr 20:48
Dilarə bu məşhur şəxsin nəslindən imiş... - VİDEO
-
MDB19 Sentyabr 20:36
Moskvadan Paşinyana SƏRT MESAJ: "Sağlam düşüncəyə və məntiqə ziddir"
-
Sosial19 Sentyabr 20:10
Ağdamda tikilən evlərin FOTOLARI