“20 Yanvar” stansiyasında zibil dizə çıxır: “Bakı Metropoliteni”ndən rəsmi açıqlama - VİDEO
Bizi izləyin

Sosial

“20 Yanvar” stansiyasında zibil dizə çıxır: “Bakı Metropoliteni”ndən rəsmi açıqlama - VİDEO

Metronun “20 Yanvar” stansiyasının keçidinin acınacaqlı durumda olması ilə bağlı məlumat vermişdik.

Əməkdaşımızın çəkdiyi videodan göründüyü kimi, insanlar paketlərdə olan zibilləri yerə atıb və heç bir təmizlik işləri də aparılmır, stansiyanın keçidində antisanitariya hökm sürür.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, həmin ərazi "Bakı Metropoliteni”nin tabeliyində deyil.

“Bakı Metropoliteni”nin orada hər hansı işlərlə məşğul olma səlahiyyəti yoxdur. Ümumiyyətlə, Bakı Metropoliteni”ndə təmizlik işinin necə təşkil olunması, kim tərəfindən yerinə yetirilməsi, işlərin normativlərə bölünmə prinsipi və digər məsələlərlə bağlı hər hansı bir məlumat "Bakı Metropoliteni”nin səlahiyyətində deyil”, - Bəxtiyar Məmmədov bildirib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm