Sosial
Türkiyədə erməni məktəbində qalmaqal: Sabiq direktor görün nə oyundan çıxırmış
Türkiyədə "Yesayan" Erməni Liseyinə tabe olan Beyoğlunun "Üç Xoran Kilsəsi" Fondunun rəhbərliyi liseyin keçmiş direktoru Satenik Nektar Nişanı məhkəməyə verib.
Publika.az “Ermenihaber”ə istinadən xəbər verir ki, fond Sateniki “Türk mədəniyyəti” fənnindən dərs deyən müəllimi qanunsuz olaraq ört-basdır etməkdə və dərsdən yayınan müəllimlərə maaş verməkdə ittiham edir.
“Türk mədəniyyəti"ndən dərs deyən müəllim 1 ilə yaxındır ki, valilikdən və rayonun milli təhsil idarəsindən icazə almadan işləyir. Dərsdə iştirak etməyən bir sıra müəllimlərə də direktor tərəfindən ödənişlər edilib. Onların guya sinifdə olduqları göstərilib”, - deyə fondun açıqlamasında bildirilir.
Məktəbin keçmiş direktoru isə bunu inkar edərək, deyilənlərin böhtan olduğunu bildirib.
“Milli Təhsil İdarəsindən icazə almadan müəllim işləmək mümkün deyil. Şikayətçi tərəf bunun hansı müəllim və ya müəllimlər olduğunu dəqiq bildirməyib. Ona görə də məlum olur ki, iddia edilən cinayətlər diffamasiyadan (şərəf, ləyaqət, nüfuz və ada xələl gətirilməsi və onun qorunması hüquqları ilə bağlı termin) o yana keçmir”.
Satenikin təkziblərinə baxmayaraq, İstanbul Baş Prokurorluğu iş üzrə başladılan istintaqı yekunlaşdıraraq, onun barəsində “Vəzifədən sui-istifadə” maddəsi ilə 7 ay 15 gündən 3 il 5 aya qədər həbs tələbi ilə məhkəmə işi başlayıb.
Qeyd edək ki, Nişan 1993-cü il martın 1-dən 2020-ci il avqustun 21-dək orta məktəb direktoru vəzifəsində çalışıb.
Adəm Abbaslı
-
Avropa10:54
Müharibəyə hazırlıq? - Bu ölkə Rusiya ilə sərhəddə bunkerlər tikir
-
Qoroskop10:48
Sevgidə şanslı olacaq 3 bürc: bəxt onlar üçün sürprizlər hazırlayır
-
Maraq dünyası09:48
Dünya şokda: 13 aprel, cümə günü... - Qiyamət bu tarixdə "Xaos Tanrısı" ilə başlayacaq
-
ABŞ09:12
Harrisdən Trampa qarşı sui-qəsd cəhdinə reaksiya: Sevinir
-
Elm və təhsil09:00
Uşaq evindən birinci sinfə gedənləri məktəbə onlar apardılar - FOTO
-
Nəqliyyat08:36
Yeni tədris ilinin ilk günündə paytaxt yollarında vəziyyət necədir? - SİYAHI
-
Magazin108:25
Bakıda qayınanadan ŞOK PLAN: gəlinin acığına bu cazibədar məşhuru toya çağırdı - VİDEO
-
Elm və təhsil07:47
Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur