FHN azad olunmuş ərazilərdə tədbir keçirdi
Bizi izləyin

Sosial

FHN azad olunmuş ərazilərdə tədbir keçirdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Xidmət tərəfindən Laçın şəhərində yerləşən “Həkəri Riverside” hotelində, Xankəndi şəhərində fəaliyyət göstərən “Xanabad” və “Xarı Bülbül Keytring” restoranlarında, “Rahat market” şəbəkəsinin filialında, inşaat işləri aparılan 4 nömrəli tam orta məktəbində, həmçinin Ağdam şəhərində tikintisi davam etdirilən 160 yerlik körpələr evi-uşaq bağçasında yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi vurğulanıb. Həmçinin, ərazilərin təmiz saxlanılması, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə olmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm