Bakıya giriş məhdudlaşdırılır? - AÇIQLAMA
Bizi izləyin

Sosial

Bakıya giriş məhdudlaşdırılır? - AÇIQLAMA

Noyabr ayında Bakıda keçirləcək COP29 sammiti müddətində ümumi orta təhsil müəssiələrində payız tətilinin elan olunacağı, ali təhsil və peşə məktəblərində isə tədrisin distant təşkil ediləcəyi açıqlanıb.

Publika.az xəbər verir ki, həmçinin paytaxtda, Abşeron və Sumqayıt şəhərləri ərazisində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilir. Buna uyğun olaraq sammit müddəti ərzində Bakıya giriş-çıxışın məhdudlaşdırılacağına dair məlumatlar yayılıb.

Noyabr ayında təhlükəsizliyin təmin edilməsi üçün belə bir addım atıla bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, Bakıya giriş-çıxışın məhdudlaşdırılması gözlənilən məsələdir.

Onun sözlərinə görə, təhlükəsizliyin maksimum dərəcədə təmin edilməsi üçün bu addımın atılması münasib və mümkün variantdır:

“Əgər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilərsə, o zaman müəyyən yüngülləşdirici hallar nəzərə alına bilər. Bütün sualların cavabı qarşıdan gələn günlərdə bəlli olacaq. Lakin bunun üçün Bakı tamamilə boşaldılmalıdır. Ona görə də, giriş-çıxışın məhdudlaşdırılacağını düşünürəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm