Noyabrda ardıcıl 6 gün iş olmayacaq - Rəsmi
Bizi izləyin

Sosial

Noyabrda ardıcıl 6 gün iş olmayacaq - Rəsmi

Noyabr ayında ardıcıl 6 gün iş olmayacaq.

Publika.az xəbər verir ki, 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür.

Noyabrın 9-u şənbə gününə düşdüyündən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.

Bundan başqa, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm