Qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO
Bizi izləyin

Sosial

Qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə bu barədə FHN məlumat yayıb.

Bu çərçivədə Agentliyin əməkdaşları tərəfindən Tovuz rayonu, Əyyublu kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Niyazov Əkbər Məhərrəm oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və qərarın surətləri sahibkara təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm