Tovuzda insident: Klub rəhbəri aradan çıxdı
Bizi izləyin

İdman

Tovuzda insident: Klub rəhbəri aradan çıxdı

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Şamaxı" matçında insident yaşanıb.

Publika.az xəbər verir ki, qonaqların matçın 19 dəqiqəsi ərzində 2 top vuraraq hesabda önə keçməsi gəncəli azarkeşləri qəzəbləndirib. Fanatlar üzlərini fəxri tribunaya tutaraq "istefa" şüarları səsləndiriblər.

Onlar Gəncə klubunun idarə heyətinin sədri İlqar Nadiridən postunu tərk etməsini tələb ediblər. Təzyiqlərə tab gətirməyən klub rəhbəri tribunanı tərk edib.

Azarkeşlər daha sonra futbolçulara üzlərini tutaraq, "formanı çıxarın, rədd olun gedin", - deyə səsləniblər.

Qeyd edək ki, "Kəpəz" çempionatda keçirdiyi 6 oyunun hamısında məğlub və sonuncu sırada qərarlaşıb.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm