Bakıda məktəbdə partlayış oldu - VİDEO
Bizi izləyin

Sosial

Bakıda məktəbdə partlayış oldu - VİDEO

Payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub.

Publika.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq məktəbdən bildirilib.

Qeyd olunub ki, dərhal müvafiq dövlət qurumlarına məlumat verilib: "Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qazanxanaya ciddi ziyan dəyməyib, hazırda məktəbdə dərslər normal qaydada davam edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm