İnternetin qiymətini artıran provayderlər sürətini niyə artırmayıblar? - VİDEO
Bizi izləyin

Sosial

İnternetin qiymətini artıran provayderlər sürətini niyə artırmayıblar? - VİDEO

Son dövrlərdə internetin sürəti və keyfiyyəti ilə bağlı narazılıqlar çoxdur.

Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, internetin sürəti, eləcə də qiymətinə nəzarətin artırılması məqsədilə sahibkarlara lazımi dəstəyin verilməsi nəzərdə tutulur. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Bu məqsədlə "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlayıb.

Qanunda internetin keyfiyyəti ilə bağlı standartların tətbiq edilməsi də əksini tapıb. Hazırda konkret standartlar üzərində iş gedir. Qaydalara əməl etməyən sahibkarlara cərimələr tətbiq olunacaq.

Qeyd olunub ki, tələblərin yerinə yetirilməməsi halında provayderlərin fəaliyyətinə xitam verilməyəcək. Çünki məqsəd nəzarəti gücləndirmək və istehlakçılara keyfiyyətli xidməti təmin etməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm