Bu ölkənin mağazalarında tualet kağızı rəfləri boşaldı: Səbəb nədir?
Bizi izləyin

Sosial

Bu ölkənin mağazalarında tualet kağızı rəfləri boşaldı: Səbəb nədir?

Amerikalılar ölkənin şərqindəki və cənubundakı limanlarda işçilərin tətillərinin tualet kağızı qıtlığına səbəb olacağından narahat olublar.

Publika.az xəbər verir ki, istehlakçılar ABŞ-da mağazalardakı tualet kağızı rəflərini boşaltsa da, rəsmilər tətilin tualet kağızı və su kimi məhsulların tədarükündə böyük problem yaratmayacağını bildirib.

Amerika Meşəçilik və Kağız Dərnəyinin (AF&PA) prezidenti Heidi Brok bildirib ki, cari liman tətili ilə əlaqəli tualet kağızı çatışmazlığından xəbərdardır:

“Tualet kağızı, kağız dəsmal, salfet və üz təmizləyici salfetlər də daxil olmaqla ölkədəki kağız məhsullarına olan tələbatın təxminən yüzdə 85-i ABŞ istehsalçıları tərəfindən qarşılanıb. Onları istehsal etməyə davam edəcək və Birləşmiş Ştatlarda rəflərə çatdırmaq üçün dəmir yolu və yük nəqliyyatından istifadə ediləcək”.

Qeyd edək ki, ABŞ-ın şərq və cənubundakı limanlarda çalışan təxminən 45 min işçini təmsil edən ILA ilə işəgötürənləri təmsil edən USMX arasında yeni müqavilə danışıqlarında razılıq əldə olunmayıb. İşçilər 6 illik müddətdə maaşların 77 faiz artırılmasını tələb edirlər. 1977-ci ildən bəri ilk dəfə birliyin təşəbbüsü ilə başlayan və Mendən Texasa qədər onlarla ştatda 36 limanda əks olunan tətil daşımalara mənfi təsir göstərib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm