Araz Musayev Selçuk Bayraktarla görüşdü
Bizi izləyin

Sosial

Araz Musayev Selçuk Bayraktarla görüşdü

Furkanoğlu Dəmiryumruk Standı və Muay Tay Federasiyasının prezidenti Araz Musayev Teknofestdə TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar ilə görüşüb.

Publika.az xəbər verir ki, Selçuk Bayraktar Haluq Bayrakdarla Furkanoğlu firmasının Teknofestdə gördüyü işləri izlədiyini bildirib.

Araz Musayev bildirib ki,Türkiyənin 3 ən böyük şəhərində keçirilən və sonuncusu isə 1oktiyabır 6 Oktyabr tarixləri arasında Adana şəhərində Hava Limanında təşkil edilən 5 günlük Teknofest festivalında Furkanoğlu Dəmiryumruk Stand Teknofestində həmişəki kimi yerini tutub.

Araz Musayev “Baykar” şirkətinə Azərbaycanda II Qarabağ müharibəsində “Bayraktar TB2” pilotsuz silahlı uçuş aparatı ilə verdiyi dəstəyə görə təşəkkür edib və iki dövlət, bir millət devizi ilə “Teknofest”ə dəstək olmaq borcumuz olduğunu qeyd edib.

"Bu il dəstəklədiyimiz layihələrdən ən diqqət çəkəni yüksək hündürlüklərə çata bilən və müəyyən edilmiş koordinatlarda bomba ataraq hədəfi və ya terrorçuları məhv edə bilən "Atlas C1" pilotsuz silahlı hava vasitəsidir. "Atlas C1" avtonom şəkildə havaya qalxır, hədəfi məhv edir və yenidən avtonom şəkildə enir. "Atlas C1" pilotsuz uçan aparat layihəmizin təqdimatı Teknofest İdarə Heyətinin sədri Selçuk Bayraktar, Baykar baş direktoru Haluk Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Müdafiə Sənayesi Prezidenti, TÜBİTAK prezidenti və STM baş direktoruna edilib.

Stendimizdə 4 pilotsuz uçuş aparatı layihəsini sərgilədik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm