Sosial
Xətai rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı baş tutdu - FOTOLAR
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığıi ilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkında növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Festival çərçivəsində vətəndaşlar ümumi tutumu 3483 litr olan plastik, 495 litr olan şüşə və 479 ədəd işlənmiş batareya təhvil verərək əvəzində kitab, ekoçanta, məktəb ləvazimatlar və digər müxtəlif hədiyyələr əldə ediblər.
Tədbir zamanı uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyun keçirilib, ekoçantalar üzərində rəsmlər çəkilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, tullantıların düzgün idarə olunmasını stimullaşdırmaq məqsədilə təşkil olunub.
Qeyd edək ki, payız əkin mövsümündə “Tullantıları tinglərə dəyiş” aksiyası yenidən start götürəcək. Bu barədə elan öncədən Nazirliyin sosial şəbəkə hesablarında və rəsmi saytında paylaşılacaq.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto