Sosial
49 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ilin 9 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 155,3 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 85 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan ibarət olub.
Cari ilin yanvar-sentyabr aylarında 49 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
-
İdman02:43
Mahirin eşq yaşadığı xanım kimdir? - FOTO
-
Magazin101:30
Hüseyn "Tesla" avtomobili ilə Bakı küçələrində - VİDEO
-
Qoroskop00:12
Günün qoroskopu: sizi sürprizlər və xoş hadisələr gözləyir
-
Magazin16 Noyabr 23:38
Üzeyir bu məşhurun toyuna 8 min manat pul yazdırdı
-
Magazin26 Noyabr 22:44
60 yaşlı Monika Belluççi bu pozaları ilə gündəmə gəldi - FOTOLAR
-
Hadisə6 Noyabr 22:32
Azərbaycanda hərbçilər zəncirvari qəzaya düşdü
-
İqtisadi gündəm6 Noyabr 21:55
Trampın seçilməsi birjalara necə təsir etdi?
-
Hadisə6 Noyabr 20:55
Ordumuzun əsgəri intihar etdi