Sosial
Milli Məclisdə ABŞ sərt tənqid edildi
“ABŞ-ın buradakı havadarlarının, vətənə xəyanət edən insanların arzuları baş tutmayacaq”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
“Cənab Prezidentin Cəbrayılda açılış mərasimində dediyi kimi, Azərbaycanın apardığı tikinti-quruculuq işləri, müstəqil siyasəti çox dövlətləri narahat edir. Narahat olanlardan biri də ABŞ Konqresidir. ABŞ dünyada baş verən müharibələrdə ya dolayı, ya birbaşa iştirak edir. Dünyanın hər yerində ABŞ-ın barmağı var. Ölkələrin daxili işlərinə qarşıması Amerikanın birbaşa vəzifəsidir. Sırf işğalçılıq, qan tökmə siyasəti ilə məşğul olur. Artıq Cənubi Qafqaza meyil etməyə başlayıb. Əli Kərimli və onun kimilərini qəhrəman kimi təqdim edirlər. Ancaq onların buradakı havadarlarının, vətənə xəyanət edən insanların arzuları baş tutmayacaq”, - deputat qeyd edib.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov isə bildirib ki, ABŞ-ın Azərbaycan dövlətinə qarşı bitərəf və qərəzli fikirləri tamamilə qəbuledilməzdir.
O qeyd edib ki, bu, ilk növbədə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir.
I vitse-spiker Əli Əhmədovun sözlərinə görə, Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri bizim üçün yeni deyil:
"ABŞ 90-cı illərdə də Azərbaycanın əl-qolunu bağlamaq məqsədilə bu addımı atıb. Əgər 90-cı ildə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə daha da qüvvətləndirdisə, bu gün güclü Azərbaycan üçün tətbiq edilən sanksiyaların heç biri nəticəsi olmayacaq.
Hesab edirəm ki, son tarix, qazandığımız zəfər Ermənistan üçün ağıllı dərs olmayıb. Azərbaycan bütün dövlətlərlə sülh modelində çalışmaq niyyətindədir. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olmayacaq”.
Deputat Musa Quliyev deyib ki, ABŞ Konqresinin bəyanatı istifadəyə yararsız kağız parçasıdır:
“Hərbi təcavüzə son qoyulmasının pisi və yaxşısı olmur. Anti-Azərbaycan mövqeyi tutan amerikalıların mövqeyi aydındır. Ancaq azərbaycanlıların, adlarının çəkib şərəfləndirmək istəmədiyim şəxsləri millətimiz də yaxşı tanıyırlar. Senatorların bəyənatlarını şadyanalıqla qəbul edənlərə millətimiz qapıları çoxdan bağlayıb. Amerika xalqı da bir gün ayağa qalxıb, belələrini tarixin zibilliyinə atacaq. Tarixən körüpülər yandıranlar həmişə uduzub”.
-
Sosial11:41
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda - Foto
-
MDB11:14
İt də getdi, ip də getdi: Ukrayna ərazisinin üçdə birini itirəcək - NATO-ya buraxılmayacaq
-
Rəsmi xronika10:24
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
-
Dünya09:26
Orbanın Putinə zənginin sirri açıldı: Qərb Moskva ilə...
-
Nəqliyyat08:34
Bakıda səhər tıxacı
-
Hadisə07:55
Şirvan suvarma kanalı yarıldı: su kənd ərazisinə axır
-
MDB04:28
Ukrayna TƏHLÜKƏDƏ: Rusiya bu raketlə vuracaq
-
Magazin203:19
Məşhur aktyor vəfat etdi