Sosial
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
Türkiyənin Bursa şəhərində azərbaycanlı iş adamı çayxanada güllələnib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Bursanın Gürsü bölgəsində qeydə alınıb.
Bildirilir ki, motosikletdə olan 2 şübhəli adı açıqlanmayan azərbaycanlı iş adamının olduğu çayxanaya gələrək onun ayağına 3 dəfə atəş açıblar.
Xəstəxanaya çatdırılan iş adamı polisə bir müddətdir telefonda tanımadığı şəxslər tərəfindən təhdid edildiyini və ondan külli miqdarda pul tələb olunduğunu bildirib.
Bunun ardınca Bursanın Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 300-dən çox təhlükəsizlik kamerası görüntülərini izləyərək şübhəli şəxslərin axtarışı ilə məşğul olub. Axtarış nəticəsində 17 yaşlı M.M.Ç. və 18 yaşlı B.A. hadisəni törətdikləri silahla birgə saxlanılıb.
Həmin şəxslərin “Daltonlar” olaraq tanınan dəstə üzvləri olması müəyyən edilib. Bunun ardınca Bursa, Muğla, İstanbul və Hatayda sözügedən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib və 8 nəfər saxlanılıb. Məsələ ilə bağlı araşdırma davam etdirilir.
Türkiyə KİV-in məlumatına görə, “Daltonlar” adlı dəstə Türkiyədə varlı iş adamlarını ölümlə hədələyib əmlaklarını mənimsəməklə məşğuldur.
Teleqraf.com
-
Sosial15:28
Prezident ipoteka ilə bağlı fərman imzaladı: Nə gözlənilir?
-
Region14:56
Türkiyədə “3+3” platforması: İran Əraqçinin gələcəyini təsdiqlədi
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!