Abşeronda şəhidlərimizin ildönümləri yad edilir - FOTO
Bizi izləyin

Sosial

Abşeronda şəhidlərimizin ildönümləri yad edilir - FOTO

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Abşeron şəhidlərinin bu günlərdə ildönümləri qeyd olunur.

Publika.az xəbər verir ki, ildönümlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Rayon rəhbərliyi şəhidlərimiz Dövlətzadə Cəbrayıl Dövlət oğlu, Ağakişiyev Nurlan Etibar oğlu, Nəcəfov Şamil Rəfi oğlu, Quliyev Hətəmxan Məti oğlu, Ələsgərov Ələkbər İsgəndər oğlu, Ataşov Asif Kərim oğlu, Həsənov Elşad Paşa oğlu, Xəlilbəyli Turqut Nadir oğlu, Musibov Veysəl Yadulla oğlu, Üseynov Ceyhun Elşad oğlu, Rəhimli Ülvi Rabil oğlu və Məmmədov Tərlan Müşviq oğlu oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, RİH rəhbərliyi tərəfindən şəhid ailələri mütamadi şəkildə yad edilir və onlarla görüşlər keçirilir. Şəhidlərin ildönümləri ilə yanaşı onların və övladlarının doğum günləri də qeyd olunur.

Keçirilən görüşlərdə bildirilib ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bölgədə yeni sülh və sabitlik mühiti formalaşıb. Ölkəmizin sülh tərəfdarı olduğunu vurğulayan RİH başçısı yenilməz ordumuzun bugünkü gücündən danışaraq bildirib ki, silahlı qüvvələrimiz bundan sonra da baş verəbiləcək istənilən hərbi təxribatların qarşısını almağa hazırdır və Azərbaycan vətəndaşları tam təhlükəsiz şəraitdə Qarabağda yaşamağa davam edəcəklər.

Şəhid ailələri də öz növbələrində onlara hər zaman diqqət və qayğının göstərildiyini, ölkəmizdə şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində mütəmadi şəkildə tədbirlərin keçirildiyini bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər.






Oxumağa davam et
Reklam
Reklam

Gündəm