Bu problemləri aradan qaldırmağa çalışacağıq - Muxtar Babayev
Bizi izləyin

Sosial

Bu problemləri aradan qaldırmağa çalışacağıq - Muxtar Babayev

"Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq"

Publika.az xəbər verir ki, bu sözləri COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oktyabrın 10-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində "Ambisiyanın gücləndirilməsi və fəaliyyətə imkan verilməsi" adlı tədbirdə müzakirələr zamanı deyib.

"Azərbaycan beynəlxalq əməkdaşlığı müxtəlif səviyyələrdə təşviq etməyə çalışır. Bizim bununla bağlı üç əsas öhdəliyimiz var. Bunlar ambisiyaların genişlənməsi, şəffaflığın qorunması kimi məsələlərdir" - Muxtar Babyev deyib.

Nazir həmçinin bildirib ki, COP29 çərçivəsində Bakı bəyannaməsi imzalanacaq: "Biz çalışacağıq ki, fəaliyyətimiz iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırsın. Biz öz fəaliyyətimizi genişləndirməliyik. COP29 bizə iqlim dəyişikliyi sahəsində qlobal əməkdaşlığı dərinləşdirməyə imkan verir".

COP28-in Prezidenti, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Sultan Al-Jaberin sözlərinə görə, “COP sədrlikləri üçlüyü çalışır ki, BƏƏ-də keçirlən COP28 sammitində əldə olunan konsensus bütün iştirakçı ölkələr tərəfindən icra edilsin".

O qeyd edib ki, bu sahədə beynəlxalq əməkdaşlıq önəmlidir:

"Məqsədlərimizə çatmaq üçün yeni enerji mənbələrinə investisiya yatırılmalı, səhiyyə sisteminin gücləndirilməsi, eləcə də göstərilən səylərin hesabatlılıqla müşahidə olunması vacibdir. Fevralda təqdim olunacaq yeni töhfələr həm də Paris Sazişinin müddəalarının icrası istiqamətində irəliləyiş əldə etmək üçün vacibdir. Bizim üzərimizə götürdüyümüz öhdəliklər qarşılıqlı əməkdaşlıq şəraitində yerinə yetirilməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm