Sosial
Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşü (C&DM) keçirilir.
Publika.az xəbər verir ki, panel iclasının keçirilməsində məqsəd iqlimə həssas ölkələrin prioritet məsələlərinin həlli üçün müxtəlif ölkələrin ekologiya və ətraf mühit nazirlərini bir araya gətirməkdir. C&DM-də müşavirələr vasitəsilə tərəflər ən az inkişaf etmiş ölkələrin və kiçik ada dövlətlərinin prioritet ehtiyaclarını qarşılamaq üçün qərarlar qəbul edir, iqlim maliyyəsi məsələləri ilə bağlı qlobal müzakirələr çərçivəsində onların tələbatlarına uyğun tədbirlərin görülməsini təmin edir. COP26 çərçivəsində nazirlərin birinci görüşü 2021-ci ildə Qlazqoda keçirilib.
Qeyd edək ki, oktyabrın 10-da Bakıda Pre-COP29 konfransı öz işinə başlayıb. Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyaların artırılması və iqlim fəaliyyətinə təkan” mövzusuna həsr olunub.
-
Region00:36
İranda məcburi hicaba etiraz edən tələbə qız SOYUNDU - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Mənasız məsələlər az sonra ciddiləşəcək
-
Region2 Noyabr 23:48
Türkiyə yenə SİLKƏLƏNDİ
-
Sosial2 Noyabr 22:24
Azərbaycanlı blogerdə xərçəng aşkarlandı - FOTO
-
İdman2 Noyabr 21:36
"Mançester Siti" sensasiyalı şəkildə MƏĞLUB OLDU
-
ABŞ2 Noyabr 21:00
Bu məktəbə süpürgəçinin adı verildi - FOTO
-
Elm və təhsil2 Noyabr 20:36
Bəzi müəllimlər cinsiyyətə aid dərsləri keçmirlər - SƏBƏB NƏDİR?
-
İdman2 Noyabr 20:24
MBA tarixində belə şey olmamışdı - Yokiçdən unikal rekord