1100 bələdiyyənin 8 milyon borcu var - PA
Bizi izləyin

Sosial

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 1100-dək bələdiyyənin 8 milyon manata yaxın borcu var.

Publika.az xəbər verir ki, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, son açıqlanan rəqəm olsa da, bu statistika tez-tez dəyişir:

“Amma borcların silinməsi bələdiyyələrdə arxayınlıq yarada bilər. Onlar gələcəkdə də sosial sığorta ödənişlərinin silinəcəyini düşünər”.

PA rəsmisi həmçinin bildirib ki, 400-ə yaxın bələdiyyənin torpaq vergilərindən əlavə gəlirləri yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm