Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
Bizi izləyin

Sosial

Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı

Xəbər verdiyimiz kimi, ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı baş tutan məhkəmədə yekun qərar verilib.

Məhkəmənin qərarı ilə Əhməd Əhmədov ömürlük ruhi xəstəxanada təkadamlıq kamerada qalacaq. Məhkəmə heyəti onun psixi pozuntusunu nəzərə alaraq, həbsxanaya göndərməyib və birbaşa müalicə müəssisəsində məcburi müalicəsi haqda qərar çıxarıb.

Hazırda cəmiyyəti maraqlandıran məqamlardan biri də Əhməd Əhmədovun ailə mülkiyyətinin kimə qalacağı ilə bağlıdır. Faktiki olaraq, onun birinci dərəcəli ailə üzvlərindən heç biri həyatda deyil.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a danışan vəkil Sadiq Əfəndiyev deyib ki, məhkəmənin yekun qərarı ilə Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi müəyyən edildiyindən Əhmədin digər 1-ci növbəli vərəsələrlə (baba və nənə ilə) birlikdə bərabər şəkildə mirasdan pay almaq hüququ var.

"Çünki mülki qanunvericiliyə görə şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsas vərəsə tərəfindən miras qoyana, yəni ölmüş şəxsə qarşı etdiyi cinayətin qəsdlə törədilməsidir.

Əgər cinayət qəsdlə törədilməmişdirsə ləyaqətsiz vərəsədən söhbət gedə bilməz. O zaman cinayət qəsdlə törədilmiş hesab olunur ki, şəxs cinayəti törədərkən öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bunları arzu edir. Yəni o, gördüyü və dərk etdiyi nəticənin baş verməsinə şüurlu surətdə yol verir. Anlaqsız bir şəxsin isə öz əməlinə bu cür daxili münasibət bəsləməsi mümkün deyil. Bu baxımdan Əhmədin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi məhkəmə qaydasında sübuta yetirildiyindən, ləyaqətsiz vərəsəliklə bağlı mülki qanunvericlikdə nəzərdə tutulmuş normaların onun barəsində tətbiq edilməsi mümkün deyil və onun digər birinci növbəli vərəsələrlə, yəni hazırda sağ olan baba və nənəsi ilə birlikdə mərhumların mirasından pay almaq hüququ vardır.

Bu zaman nəzərə alınmalıdır ki, Əhməd yalnız öz ata və anasına münasibətdə birinci növbəli vərəsədir, o, bacısına münasibətdə ikinci növbəli vərəsə hesab edilir. Birinci növbəli vərəsə olduğu halda, növbəti növbənin vərəsələri vərəsəliyə çağırılmır və vərəsəlikdə iştirak etmir. Ona görə də Əhmədin bacısının birinci növbəli vərəsəsi sayılan rəsmi nikahda olduğu həyat yoldaşı varsa, Əhmədin bacısından qalmış mirasdan pay almaq hüququ olmayacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm