Sosial
Bu gün Ümumdünya Köçəri Quşlar Günüdür - FOTO
Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə - may və oktyabr aylarının ikinci şənbə günü qeyd edilir.
Bunu Publika.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, günün əsas məqsədi köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyi və təhlükəsizliyinin təmin olunmasına ictimaiyyətin diqqətini yönəltməkdir.
Azərbaycan ərazisindən ən böyük miqrasiya yollarından biri keçdiyinə görə ölkəmiz həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkandır. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə hər il milyonlarla quş köç edir. Ölkəmizdə quşların qışlama müddəti nəzərə alınaraq hər il quşların sayğısı həyata keçirilir”. Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisindəki quşların qış sayğısının nəticəsinə əsasən 704022 fərd qеydə аlınıb. Onlardan 42%-i ölkənin şimalında, 37%-i cənubunda, 14%-i mərkəzində, 7%-i isə qərbində qеydə alınıb. “Bu il quşların daha çox müşahidə edildiyi milli parklarımız Qızılаğаc, Abşeron, Ağgöl milli parkları, o cümlədən Ələt buxtası və Acınohur düzü olub”.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Hadisə15:20
Azərbaycanda faciəli şəkildə ölən müstəntiqin FOTOLARI
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi