Nəsimi rayonunda narkotik əməliyyatı: 3 nəfər saxlanıldı - FOTO/VİDEO
Bizi izləyin

Sosial

Nəsimi rayonunda narkotik əməliyyatı: 3 nəfər saxlanıldı - FOTO/VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramin Quliyev, tanışı İlqar Quliyev və Xədicə Ağayeva saxlanılıblar.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, onlardan 8 kiloqramdan artıq heroin, marixuana, metamfetamin, iki ədəd elektron tərəzi və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədilə əldə ediblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Nəsimi rayonunda narkotiklərlə əlaqəli cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm