Zelenski Qərbə ULTİMATUM VERDİ - "Bir neçə həftə ərzində..."
Bizi izləyin

Avropa

Zelenski Qərbə ULTİMATUM VERDİ - "Bir neçə həftə ərzində..."

Qərb ölkələri prezident Zelenskinin Ukraynanın NATO-ya qəbul edilmədiyi təqdirdə nüvə arsenalının yaradılması ilə bağlı son bəyanatından ciddi narahat olduqlarını bildiriblər.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Almaniyanın “Bild” qəzetindən hərbi analitik Julian Röpke Ukrayna administrasiyasındakı qeyri-rəsmi mənbəyə istinadla Kiyevin bir neçə həftə ərzində Rusiya Federasiyasına qarşı istifadə üçün nüvə silahı yaratmağa hazır olduğunu bildirib.

Analitikin fikrincə, bu ssenari münaqişənin mümkün həllindən sonrakı dövr üçün və Ukraynanın Şimali Atlantika Alyansına qəbul olunmayacağı, habelə Rusiya Silahlı Qüvvələrinin sonrakı hərəkətləri nəzərə alınmaqla hazırlanıb.

Eyni zamanda Britaniyanın “The Telegraph” nəşri bu bəyanatın nümayiş xarakterli olduğunu, lakin buna ciddi yanaşmaq lazım olduğunu vurğulayır.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, Ukraynanın nüvə silahı yaratmaq perspektivi tamamilə əsassızdır, çünki Kiyevin lazımi resursları yoxdur. O qeyd edib ki, Ukraynanın nüvə bombası istehsal etmək üçün nə avadanlığı, nə biliyi, nə də materialı var.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm