Sosial
Bakıya və Abşerona yağan leysanın səbəbi açıqlandı
Bakıda və Abşeron yarımadasında bu gün səhər saatlarından etibarən fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilib. Yarımadanın bəzi ərazilərində yağıntı leysan xarakterli və qısamüddətli olub.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.
Onun sözlərinə görə payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş əraziləri əhatə edir:
"Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır. Səhər saatlarında sinoptik şəraitlə əlaqədar olaraq Bakı və Abşeron yarımadası üzərində laylı-yağış buludları ilə yanaşı, topa-yağış buludları da müşahidə edilib ki, bu da yarımadanın bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağışın yağmasına səbəb olub".
-
Magazin117:38
Xalq artisti: “Sponsorun “həci” olacaq, hamı səni tanıyacaq” - VİDEO
-
İdman15:15
"Qızıl top"un qalibi odur: Rəsmi nəticələr sızdırıldı - FOTOFAKT
-
İdman13:37
Tatar gözəli karyerasını niyə bitirdiyini açıqladı: Tale elə qərar verdi ki... - FOTOLAR
-
Region13:18
Hindistandan Ermənistana göndərilən silah-sursat - “The Times of India” detalları açıqladı
-
Region12:35
Ermənistanın hərbi büdcəsi açıqlandı: Görün nə qədər artır
-
Nəqliyyat09:59
Bakı metrosunda nə baş verir? - RƏSMİ AÇIQLAMA
-
ABŞ09:45
Trampın seçicilərlə görüşü zamanı Melania amerikalıları şoka saldı: Qəfildən...
-
Sosial09:38
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs