Əxlaqımızı internet pozur - Heç kimin bilməməli olduğu məsələləri...
Bizi izləyin

Sosial

Əxlaqımızı internet pozur - Heç kimin bilməməli olduğu məsələləri...

"İnternet böyük və xeyirli bir ixtiradır. Amma cəmiyyət buna hazır deyilmiş. İnternet insanlarda məsuliyyətsizlik yaratdı. Kimə nə istəyirsən de, şərlə, böhtan at, amma buna görə cəzalandırılmırsan. Əxlaqımızı internet və bəzi televiziya kanalları pozur".

Publika.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Anar "Qaranlıqda həqiqət" yutub layihəsində deyib.

Azərbaycan Yazıçılar Birliyinin sədri telekanallardan şikayətlənib və interneti pisləyib:

"Kanallara çox baxmıram. Amma baxanda görürəm ki, o qədər söyüş söyürlər, ədəbsiz hərəkətlər edirlər... Ailələri gətirirlər, onların daxili problemlərini, heç kimin bilməməli olduğu məsələləri camaatın müzakirəsinə çıxarırlar. Bu müzakirələrin də müsbət nəticəsi olmur. İnsanların bir qismi xoşlayır ki, baxsın görsün qonşunun evində nə var. Bu marağı da bəzi televiziya kanalları qızışdırır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm