Ekologiya
COP29 Tədbirlər Planının icrası ilə bağlı tapşırıqlar verildi
Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29 Tədbirlər Planının icrasının davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclasında bildirilib.
S.Nuriyev artıq COP29-a sayılı günlərin qaldığını qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan ötən dövr ərzində COP29-a ciddi hazırlıq prosesinin daha da sürətləndirildiyini və yekunlaşmaqda olduğunu vurğulayıb. Samir Nuriyev Prezident İlham Əliyevin oktyabrın 17-də Bakı Olimpiya Stadionunda aparılan genişmiqyaslı hazırlıq işləri ilə növbəti dəfə tanış olaraq tapşırıq və göstərişlər verdiyini nəzərə çatdırıb.
Təşkilat Komitəsinin sədri Azərbaycana və Prezident İlham Əliyevə hörmətin bariz nümunəsi olaraq COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakının gözlənildiyini bildirib.
S.Nuriyev Azərbaycanın COP29-da Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti tarixi uğuruna imza atacağına əminliyini ifadə edib.
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı














.jpg)








.webp)
.jpg)












