1600-dən çox sərhəd pozucusu saxlanıldı- Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı
Bizi izləyin

Sosial

1600-dən çox sərhəd pozucusu saxlanıldı- Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən tədbir zamanı deyib.

O bildirib ki, qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində aşkar edilərək, götürülmüş narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib:

"Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılıb, eyni zamanda ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 38 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb, ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil edib. Son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olub, tərəfimizdən görülmüş tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılması təmin edilib, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm