Nida Xəbər
Fransina Armenqol Sosias Bakıda Zəfər muzeyini ziyarət etdi - FOTO
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 23-də Bakıda Zəfər parkını ziyarət edib.
Publika.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Zəfər abidəsinin önünə əklil qoyub.
Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Sonra qonaq Zəfər muzeyi ilə tanış olub. İspaniya Krallığı Deputatlar Konqresinin sədrinə məlumat verilib ki, muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”.
Bildirilib ki, Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır.








-
Nida Xəbər 15:18Mədət Quliyevlə Zəhra ayrıldı
-
Magazin114:54Alim Qasımovdan nəvəsinin toyda dediklərinə - REAKSİYA
-
Elm və təhsil13:26Tələbə kreditləri üçün müraciət tarixi açıqlandı
-
Nida Xəbər 12:44“Eyyubovlar işi” haqda mühüm xəbər: Yeni həbslər var - ADLAR
-
Nida Xəbər 12:14Bu qanuna dəyişiklik olunur
-
ABŞ11:58Ukrayna daha çox ərazi itirə bilər - Tramp
-
Magazin110:18Niyaməddin Musayevin qızı polkovnik imiş: Uzun müddət...
-
Dünya09:12Sülhə doğru addım: Putin və Uitkoff bu məsələdə razılaşıblar








.jpg)










.jpg)













