Dünya
Trampdan "TikTok" etirafı: Seçkilərdə ciddi rolu oldu
ABŞ prezidenti Donald Tramp "TikTok" platformasının prezident seçkiləri zamanı gənc seçicilərin dəstəyinə töhfə verdiyini iddia edib.
Publika.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
O, "TikTok"un "böyük Amerika vətənpərvərləri və investorları qrupu" tərəfindən satın alındığını bildirib:
"Məhz buna görə də 2024-cü il prezident seçkilərində gənclərin dəstəyini almaqda bu qədər uğurlu oldum. Ümid edirəm ki, illər sonra "TikTok"dan istifadə edən və sevənlər tərəfindən xatırlanacağam".
Qeyd edək ki, Çinin “ByteDance” şirkəti “TikTok” platformasının ABŞ bölməsinin bir hissəsinin amerikalı investorlara ötürülməsi ilə bağlı sövdələşməni yekunlaşdırıb. “Bloomberg” agentliyinin məlumatına görə, yeni investorlar (“Oracle”, “Silver Lake” və MGX) “TikTok” səhmlərinin 50 faizinə sahib olacaqlar.
Roza
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya10 Avqust 16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO

































