Sosial
Hərbi Prokurorluq və Daxili Qoşunlar birgə tədbir keçirdi - FOTO
Ümummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29-un mahiyyəti, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları ilə birgə N saylı hərbi hissədə tədbir keçirib.
Bu barədə Publika.az-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və DİN-in Daxili Qoşunlarının yüksək rütbəli hərbi qulluqçularının Qəbələ rayonunda rayon rəhbərliyi ilə birgə keçirdikləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin abidələri ziyarət olunub, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin tövsiyələrini şəxsi heyətə çatdırıb. Daha sonra Firad Əliyev, Zaqatala hərbi prokuroru, ədliyyə polkovniki Emin Quliyev, polkovnik Zamin Rəsulov, polkovnik Rüstəm Dəmirov və Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxışlarında istiqlal yolumuzu nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli dərin islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların əldə edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən danışıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından söz açılıb.
Çıxışlarda ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, o cümlədən ölkəmizdə keçirilmiş COP29-un mahiyyətindən, əhəmiyyətindən və uğurla təşkilindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən bəhs edilib.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin qayğı və problemləri ilə maraqlanılıb.
Tədbirdən sonra ağaclar əkilib.
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR
-
Yaxın Şərq10:54
Bəşər Əsəd çıxılmaz vəziyyətdə: Türkiyə ilə təmas axtarmağa başladı
-
Dünya10:06
Suriyada vəziyyət dəyişir: gərginlik pik həddədir - ABŞ bu iki ölkəni ittiham etdi
-
Maraq dünyası09:18
Yaşlandıqca, daha da gözəlləşən bürc