Sosial
Azərbaycanda 3 vəkilin fəaliyyəti dayandırıldı
Cari il dekabr ayının 2-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq Qadın Vəkillər Alyansının hesabatı dinlənilib, Bakı şəhəri 22 saylı Vəkil Bürosunda keçirilmiş monitorinqin nəticəsi elan edilib.
Sonra "Deontologiya" və "İcra Hüququ" Komitələrinin Əsasnaməsinin və İş Planının təsdiq edilməsi məsələlərinə baxılıb və müsbət qərarlar çıxarılıb.
Eyni zamanda iclasda "Elektron vəkil kabinetindən istifadəya dair Təlimat"ın təsdiq olunması qərara alınıb.
Həmçinin iclasda Rəyasət Heyətinin səlahiyyətləri çərçivəsində digər məsələlərə baxılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb və 3 vəkilə isə töhmət verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
-
Yaxın Şərq16:54ABŞ-ın kəşfiyyat təyyarəsi İran sahillərində
-
Hadisə16:27Görüşlərə hərbi formada gələn "məmur" - Şirkətlərə 358 min ziyan vurub
-
İdman14:54Millimizin üzvü Almaniya klubunda
-
MDB14:15Rusiyanın ən böyük zavodlarından biri Ukraynanı dəstəklədiyi üçün satışa çıxarıldı
-
Region14:05İranda dəhşət: Qadını küçədə elə hala saldılar ki... - VİDEO
-
Magazin213:50"Şmatko" görmə qabiliyyətini itirib?
-
ABŞ13:34Dünya bundan danışır: Saniyələr ərzində dondu – VİDEO
-
Maraq dünyası11:46Buzlu suyun altında 20 saat qalan kişi sağ tapıldı





































