Sosial
Lənkəranda “I Ləvəngi Festivalı” keçirildi - FOTO
Dekabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Parkında “I Ləvəngi Festivalı” keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, hüquq mühfizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Lənkəranın, eləcə də cənub bölgəsinin ən məşhur yerli təamı olan ləvənginin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə təşkil olunan festivalda ləvəngidən hazırlanmış müxtəlif növ yeməklər nümayiş etdirilib və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hər biri qiymətləndirilib, qaliblərə diplomlar təqdim olunub.
Qeyd edək ki, 2021-ci ilin noyabrın 8-də UNESCO-nun Şəhərlər Platforması tərəfindən Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olub. Lənkəran mətbəxinin zənginliyinin tanıdılması istiqamətində indiyədək çoxsaylı tədbirlər keçirilib və işlərin davamı kimi təşkil olunan festivala istər yerli insanlar, istərsə də şəhərimizin qonaqları tərəfindən böyük maraq göstərilib.
Festivalda Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad rayonlarında, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, müsiqi nömrələri səsləndirilib.













-
ABŞ13:00Yaralanan ABŞ hərbçilərinin sayı 300-ə çatdı
-
İdman12:40Məşqçi işdən çıxarılana qədər açıq-saçıq foto paylaşmağı dayandıracağam - Model
-
Ekologiya12:10Yağıntılar intensivləşəcək - Xəbərdarlıq
-
Qarabağ 11:00Erməni hərbi ekspert: "Qarabağ müharibəsi hələ bitməyib!"
-
İdman10:42Ronaldonun 15 yaşlı oğlu 27 yaşlı modellə eşq yaşayır? - Foto
-
Sağlamlıq10:30Uşaqlardakı bu simptom ağır xəstəliyin xəbərçisi ola bilər - Həkimdən xəbərdarlıq
-
Magazin210:00Rusiyada xarici agent elan edilən məşhur musiqiçi Britaniya vətəndaşlığı aldı
-
Banklar 09:00İnternet olmayanda da bankomatlar işləyəcək - Unikal layihə









.jpg)

















.jpg)








