Nida Xəbər
Kənddə qandonduran faciə: "Kömək gələnəcən 7 nəfəri yandırdılar" - VİDEO
Bağanıs Ayrım faciəsindən 36 il keçir.
Publika.az xəbər verir ki, 24 mart 1990-cı il bir kəndin tarixi yaddaşına qara hərflərlə yazılıb.
Martın 23-dən 24-nə keçən gecə bir ailənin 5 üzvü olmaqla, ümumilikdə 7 nəfər erməni silahlılarının hücumu nəticəsində diri-diri yandırılıb, evləri talan edilib.
Bağanıs Ayrım faciəsinin şahidi Tofiq Orucov "Baku" TV-yə yaşadıqları dəhşəti xatırlayaraq bu hadisənin onda dərin iz buraxdığını bildirib:
"Kəndi yandırmağa, atəşə tutmağa başladılar. Biz də qarşısını almağa çalışdıq. Polis əməkdaşları da bizə köməyə gəlirdi. Amma onlar çatana kimi ermənilər 7 sakinimizi yandırdılar".
Qeyd edək ki, Bağanıs Ayrıma hücum nəticəsində 7 nəfər öldürülüb, 2 nəfər yaralanıb. Kəndin işğalı nəticəsində əhali məcburi köçkün kimi Qazaxın müxtəlif yerlərində məskunlaşmağa məcbur qalıblar. Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çərçivəsində 2024-cü ildə bir güllə belə atılmadan Bağanıs Ayrım kəndi işğaldan azad edilib.
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Rəsmi xronika19:45Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI










.jpg)
.webp)
.jpg)





















