Banklar
İnternet olmayanda da bankomatlar işləyəcək - Unikal layihə
Rusiya vətəndaşları internet kəsintiləri zamanı belə işləyə bilən "ağ bankomatlardan" 2027-ci ilin birinci rübündə istifadə edə biləcəklər.
Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya "Rosinkas" birliyinin prezidenti Sergey Vereykin məlumat verib.
"Hazırda Tambov vilayətində pilot layihəyə start verilib. Planlaşdırırıq ki, əhali və biznes rəhbərləri gələn ilin birinci rübündə bu cür bankomatlardan əməliyyatlar apara bilsin. Layihəyə istənilən bank qoşula bilər. Eyni zamanda, bank bir regionda 'ağ' bankomatlar şəbəkəsinə qoşulub, digərində isə öz brend bankomatlarını saxlaya bilər", - deyə Vereykin qeyd edib.
"Rosinkas" konkret brendlərə bağlı olmayan və nağd pulun komissiyasız çıxarılmasına imkan verən neytral bankomatlar şəbəkəsi qurmağı planlaşdırır. Bu barədə martın 23-də birliyin prezidenti Sergey Vereykin "RIA Novosti"yə müsahibəsində bildirib. Bu cihazların insanların həqiqətən ehtiyacı olduğu yerlərdə, o cümlədən uzaq və çətin gedilən rayonlarda quraşdırılması nəzərdə tutulur. Ehtimal olunur ki, banklar bu infrastruktura nisbətən az ödənişlə qoşula biləcəklər. "Rosinkas" hesab edir ki, bu, kredit təşkilatlarına zərərli bankomatların saxlanma xərclərini hazırkı səviyyə ilə müqayisədə təxminən 30% azaltmağa imkan verəcək.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






.png)



























