Qarabağ
Erməni hərbi ekspert: "Qarabağ müharibəsi hələ bitməyib!"
Ermənistanın baş naziri Nikol Paşinyanın seçkilərdə radikal müxalifətin qalib gələcəyi təqdirdə yeni müharibənin başlayacağı ilə bağlı xəbərdarlığı Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb.
Publika.az xəbər verir ki, müxalifətin nəzarətində olan saytlar ölkənin uçuruma sürküləndiyini yazırlar. Məsələn "Mamul" nəşri hərbi ekspert Vahaqn Saroyana istinad edərək yazıb ki, erməni xalqı öz məqsəd və seçimində ehtiyatlı olmalıdır: "Bizə deyirlər ki, əgər mən seçilməsəm, sizi müharibə gözləyir. Əslində bu kimi sözləri ilk dəfə deyil ki, eşidirik. 2018-ci ildə sülh, sabitlik və layiqli gələcək, korrupsiya ilə mübarizə, insanların firavan və xoşbəxt yaşaması barədə söhbətlər gedirdi. (Paşinyanın şüarlarını nəzərdə tutur-red.) Lakin 2020-ci ildə müharibə və bədbəxtliklər oldu".
Radikal çağırışları ilə seçilən hərbi ekspert qeyd edib ki, Paşinyan hakimiyyətdə olmayanda hər yerdə dinclik imiş və baş nazir hakimiyyətə gələndə özü ilə müharibə gətirdi: "İndi isə o deyir ki, "əgər kürsüdən düşsəm, müharibə olacaq". Bu o deməkdir ki, müharibə hələ bitməyibmiş. Əksinə, müharibə bizim üçün "fəlakət" prosesində olan sülh təslimçiliyinə çevrilib. Başqa sözlə, əgər o getsə, müharibə sadəcə yenidən hərbi forma alacaq.Digər tərəfdən, 2025-ci ildə artıq sülhün bərqərar olduğu elan edildi. Həmin vaxt sülhün vacibliyini belə əsaslandırırdılar ki, müharibə və Qarabağın geri qayıtması ilə Ermənistanın uzunmüddətli müstəqilliyi təmin edildi. Bu gün isə eyni şəxs deyir ki, o, hakimiyyətdə qalmasa müharibə olacaq. Əgər sülh bərqərar olubsa və uzunmüddətli təhlükəsizlik təminatı yaranıbsa, müharibə təhlükəsi və ya ehtimalı bir nəfərin seçimlərdə qalib gəlməsindən necə asılı ola bilər axı? Əgər bir nəfərin hakimiyyətdən getməsi həqiqətən müharibəyə gətirib çıxara bilərsə, onda məlum olur ki, bu elan olunan "uzunmüddətli sülh və təhlükəsizlik" əslində heç vaxt mövcud olmayıb. İctimaiyyəti uzun müddət aldatmaq və manipulyasiya etmək mümkün deyil.".

İqtisadçı Karen Adonç da Ermənistanda gündəmə çevrilən müharibə mövzusuna reaksiya verib. O, qeyd edib ki, Cənubi Qafqazda müharibə üçün heç bir ilkin şərt və ya şərait yoxdur. Bu mövzuda sadəcə danışmaq istəyən danışır: "Əgər belə bir istək və ya plan olsaydı, şübhəsiz ki, onlar heç bizim fikrimizi də soruşmazdılar. Regionda mövcud olan, davam edən yeganə "müharibə" bizim daxili "müharibəmizdir" - fərdiləşdirilmiş, mənasız və məqsədsiz mübarizəmiz. Dünya alt-üst olsa belə, biz dəyişməyəcəyik."
Tural
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı




































.jpg)
.jpg)

.jpg)