Tramp bu türk dövlətinin başçısına məktub yazdı: İki tədbirə dəvət etdi
Bizi izləyin

Dünya

Tramp bu türk dövlətinin başçısına məktub yazdı: İki tədbirə dəvət etdi

ABŞ prezidenti Donald Tramp Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə məktub göndərərək onu G20 sammiti və Sülh Şurasının növbəti iclası üçün Mayamiyə dəvət edib.

Publika.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat katibi Aybek Smadiyarov özünün Telegram kanalında məlumat verib.

“Donald Trampdan məktub dövlət başçısına daxil olub. Ağ Ev rəhbəri dövlətimizin başçısını Sülh Şurasının növbəti iclasında və bu ilin sonunda Mayamidə keçiriləcək G20 sammitində yenidən qarşılamaq fürsətini səbirsizliklə gözlədiyini vurğulayıb”, - Tokayevin nümayəndəsi bildirib.

Smadiyarov qeyd edib ki, Tramp Tokayevlə əvvəlki görüşünə görə minnətdarlığını bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm