Sosial
Bu komissiyaların təşkili və fəaliyyətinə dəyişiklik edilir
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Publika.az xəbər verir ki, Milli Məclisin plenar iclasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 388 (Cild I) bu dəyişikliklər təklif olunub:
1. Adında və 1-ci maddədə “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin.
2. Həmin Qanunla təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” üzrə:
2.1. adında “Yetkinlik yaşına çatmayanların işləri və” sözləri “Uşaq” sözü ilə əvəz edilsin;
2.2. preambulada “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilsin;
2.3. 1-ci maddədə “yetkinlik yaşına çatmayanlara” sözləri “uşaqlara” sözü ilə əvəz edilsin və həmin maddəyə “mülkiyyət” sözündən sonra “və təşkilati-hüquqi” sözləri əlavə edilsin;
2.4. 2-ci maddənin birinci hissəsinin birinci abzasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar” sözləri “Komissiyalar” sözü ilə əvəz edilsin;
2.5. 3-cü maddə aşağıdakı redaksiyada verilsin:
komissiyaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı
mına ehtiyacı olan uşaqları müəyyən etmək və onlara yardım göstərmək, uşaqların sosial reabilitasiyası üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək;
23) müvafiq icra hakimiyyəti orqanının uşaqlarla iş üzrə inspektorlarından zəruri məlumatlar almaq;
24) internat, uşaq evlərində, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində, tərbiyə müəssisələrində, qəbul-bölüşdürmə məntəqələrində saxlanılan uşaqların şəxsiyyətini təsdiq edən sənədləri əldə etmək mümkün olmadıqda həmin sənədlərin əldə edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;
25) valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini normativ hüquqi aktlara uyğun olaraq özəlləşdirmək və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamaq;
26) bu Qanun və digər normativ hüquqi aktlarla müəyyən edilmiş başqa səlahiyyətlər.
-
İdman10:00
Tovuzda ara qarışdı: Ehtiram Quliyev istefaya gedir?
-
ABŞ09:24
Trampın planı bəlli oldu: Neftin qiymətini bu yolla aşağı salacaq, dünyada hər şey...
-
MDB07:30
Onun zənginə görə Putin iclası tərk etdi - VİDEO
-
Magazin106:46
Tünzalənin Hollivud sayağı fotosessiyası
-
Magazin204:44
Görün onlar kimin qardaşı qızlarıdır
-
Sosial03:43
Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO
-
Region01:41
İran prezidenti dilə gəldi: "İmkan verin işləyim" - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu, romantik münasibətlərdə dərinlik yaradacaq